De Xea İngiltərəyə qayıdır
26.10.2023 - 18:11
“Mançester Yunayted” sabiq qapıçısı David de Xeanı heyətinə qaytarmaq niyyətindədir.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” ispan qapıçının keçidini 2024-cü ilin yanvarına qədər həll etmək istəyir.
Mançesterlilər ona müqavilə təklif etməyi planlaşdırır. İngiltərə təmsilçisinin əsas qapıçısı Andre Onana Afrika Kubokuna yola düşəcək. Kubok uğrunda mübarizə yanvarın 13-dən fevralın 11-dək davam edəcək. Bu səbəbdən mançesterlilər keçmiş qapıçılarını kluba gətirmək istəyir.
Qeyd edək ki, 33 yaşlı ispaniyalı qolkiper 2011-2023-cü illərdə “Mançester Yunayted”in şərəfini qoruyub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0