
Daha əvvəl xəbər verdiyimiz kimi, “Qalatasaray” Türkiyə Super Liqasının XXIX turu çərçivəsində səfərdə “Beşiktaş”a (2:1) məğlub olmuşdu.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” meydanda 10 nəfərlə mübarizə aparmalarına şərait yaradan Pzemislav Frankovski ilə yollarını ayırmaq istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, komanda oyunçunun hazırkı çıxışından narazıdır və mövsümün sonunda birdəfəlik transferini reallaşdırmayacaq.
Xatırladaq ki, “Qalatasaray” Frankovskini qış transfer pəncərəsində 1 milyon avro qarşılığında Fransanın “Lans” klubundan icarəyə götürmüşdü.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi bu mövsüm İstanbul təmsilçisinin heyətində 8 oyuna çıxıb və 1 assistlə yadda qalıb.