“Dortmund”un yarımmüdafiəçisi “Milan”ın hədəfində
27.11.2025 - 00:45
“Borussiya”nın futbolçusu Yulian Brandt karyerasını İtaliyada davam etdirməyə yaxınlaşır.
Apasport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə “Milan” klubu təklif göndərib.
“Rossonyerlər” mövsümün sonunda alman futbolçunu heyətinə qatmaqda israrlıdır. Lakin Brandtın “Borussiya” Dortmundla müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.
Qeyd edək ki, o, 2019-cu ildə “Bayer” Leverkuzen klubundan Dortmund təmsilçisinə transfer olunub.
0
0