“Dortmund”un yarımmüdafiəçisi Türkiyə nəhənglərinin radarında
30.12.2025 - 13:18
“Borussiya Dortmund”un üzvü Emre Can karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça” yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, İstanbul klubları 31 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində heyətə cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, Emre Can bu mövsüm cəmi 8 oyunda meydana çıxıb və həmin qarşılaşmalarda 1 qola imza atıb. Həm müdafiə xəttində, həm də yarımmüdafiədə çıxış edə bilən futbolçunun Dortmund klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
0
0