Dünya çempionatında su qadağası: FİFA-dan yeni qərar
04.06.2026 - 13:18
Dünya çempionatında su qadağası: FİFA-dan yeni qərar

FIFA 2026-cı il dünya çempionatı ilə bağlı stadion qaydalarında dəyişiklik edib.

Apasport.az xəbər verir ki, mundial zamanı azarkeşlərin arenalara öz su qablarını gətirməsi qadağan olunub.

Qərar təkrar istifadə olunan su qablarına aiddir. FIFA bunu təhlükəsizlik tədbiri ilə əsaslandırıb. Qurum belə qabların atıla biləcək əşya kimi təhlükə yarada biləcəyini bildirib.

Bununla belə, qərar isti hava şəraiti baxımından müzakirələrə səbəb olub. FIFA isə ev sahibi şəhərlər və yerli qurumlarla birlikdə stadion ətrafında su məntəqələri, sərinləmə zonaları və digər tədbirlərin təşkil olunacağını açıqlayıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.