Dursun Özbek: "Qalatasaray"la Çempionlar Liqasını qazanmaq istəyirəm"
15.12.2025 - 14:28
“Qalatasaray”ın prezidenti Dursun Özbek Avropadakı hədəfləri ilə bağlı iddialı açıqlama verib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılı" klubun prezidenti açıqlamasında əsas məqsədin Çempionlar Liqasını qazanmaq olduğunu bildirib:
“Qalatasaray”da xəyalım Çempionlar Liqasını qazanmaqdır. Daha əvvəl UEFA Kubokunu və UEFA Superkubokunu qazanmışdıq. Türkiyədə ən çox çempion olan komandayıq. Azarkeşlərimiz indi Avropada uğur istəyir”.
Qeyd edək ki, İstanbul təmsilçisi UEFA Çempionlar Liqasının turnir cədvəlində 9 xalla 18-ci pillədə qərarlaşıb.
0
0