Dzyuba Rusiya millisinin tarixinə düşdü
20.03.2025 - 09:34

Artyom Dzyuba Rusiya milli komandasının heyətində ən çox qol vuran futbolçu olub.
Apasport.az xəbər verir ki, o, yığmasının Qrenada seçməsi ilə qarşılaşdığı matçda fərqlənməklə millinin heyətində ümumilikdə 31-ci qolunu vurub.
Bunadək Dzyubanın Aleksandr Kerjakovla birlikdə qollarının sayı 30-a bərabər idi.
Qeyd edək ki, Kerjakov 92 oyuna 30 dəfə rəqib qapılarına yol tapıbsa, Dzyuba 56 görüşdə 31 dəfə fərqlənib.
0
0