Eçeverrinin Almaniya macərası qısa çəkdi
19.12.2025 - 11:33
Klaudio Eçeverri tezliklə “Bayer Leverkuzen”lə yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, “əczaçılar” 19 yaşlı argentinalı futbolçunu bu ilin avqustunda “Mançester Siti”dən icarəyə götürsə də, oyunçu əsas heyətdə möhkəmlənə bilməyib.
Klaudio Eçeverri “Bayer Leverkuzen”in heyətində indiyədək 11 oyunda meydana çıxsa da, yalnız 3 qarşılaşmada start heyətində yer alıb.
Gənc futbolçu bu matçlarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0