“Mançester Yunayted”lə yollarını ayıran Erik ten Haq Almaniya klubunda işləyə bilər.
Apasport.az xəbər verir ki, təcrübəli məşqçi ilə Bundesliqa təmsilçilərindən "Leypziq" maraqlanır.
Klub rəhbərliyi Marko Rose ilə yollarını ayıracağı təqdirdə komandanın "sükanı arxasına" Erik ten Haqı gətirmək istəyir.
Rose rəhbərliyi altında çətin dövr yaşayan "Leypziq" ardıcıl 6 oyundur qələbə qazana bilmir.
Bundesliqada dördüncü yerdə olmasına baxmayaraq, komanda Çempionlar Liqasının turnir cədvəlində 34-cü pillədə qərarlaşıb. Markonun yetirmələri Avropanın ən nüfuzlu turnirində 5 oyundan sonra xal qazana bilməyib.