“Fənər” Fransa millisinin üzvü ilə razılıq əldə edib
03.01.2026 - 20:40
“Fənər” Fransa millisinin üzvü ilə razılıq əldə edib

“Fənərbaxça” heyətini yeni oyunçu ilə gücləndirməyə çox yaxındır.

Apasport.az xəbər verir ki, İstanbul klubu “Latsio”da çıxış edən Mateo Gendozi ilə razılaşma əldə edib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

“Sarı-lacivərdlilər” 26 yaşlı yarımmüdafiəçi üçün A Seriyası təmsilçisinə 25+2 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, “Latsio” Gendozini 2024-cü ildə “Marsel”dən 13 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə komandasının heyətində 15 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.