“Fənər”in müdafiəçisi “Beşiktaş”la razılaşdı
27.06.2025 - 21:28
“Fənər”in müdafiəçisi “Beşiktaş”la razılaşdı

Türkiyə Super Liqası təmsilçilərindən “Beşiktaş”, "Fənərbaxça"dan ayrılması gündəmdə olan Bray Osayi-Samuel ilə razılıq əldə edib.

Apasport.az xəbər verir ki, nigeriyalı müdafiəçi “qara-qartallar”la 3 illik müqavilə imzalayacaq.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçu illik 1,9 milyon avro məvacib alacaq.

Qeyd edək ki, 27 yaşlı oyunçu 2021-ci ildən “Fənərbaxça”nın şərəfini qoruyurdu.