“Fənərbaxça” “Eyüpspor”u səfərdə 3 cavabsız qolla məğlub etdi
20.12.2025 - 20:13
“Fənərbaxça” “Eyüpspor”u səfərdə 3 cavabsız qolla məğlub etdi

Türkiyə Super Liqasında “Fənərbaxça” səfərdə “Eyüpspor”la qarşılaşıb.

Apasport.az xəbər verir ki, qonaqlar matçı 3:0 hesablı qələbə ilə başa vurub.

"Sarı-lacivərtlilər" Talişka, Asensio və Con Duranın qolları ilə qələbə qazanıblar.

Bu qələbə ilə "Fənərbaxça" xallarını 39-a çatdıraraq turnir cədvəlinin birinci pilləsinə yüksəlib.