"Fənərbaxça" - "Ferençvaroş" matçını ispaniyalı referi idarə edəcək
25.11.2025 - 15:56
"Fənərbaxça" - "Ferençvaroş" matçını ispaniyalı referi idarə edəcək

UEFA Avropa Liqasında mübarizə aparan "Fənərbaxça"nın "Ferençvaroş"la matçının hakimləri açıqlanıb.

Apasport.az xəbər verir ki, "Fənərbaxça" - "Ferençvaroş" matçını ispaniyalı referi Rikardo de Burqos idarə edəcək.

Rikardo de Burqosa İker De Fransisko və Asier Peres De Mendiola kömək edəcək.

Adrian Cordero isə matçın 4-cü hakimi funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, qarşılaşma noyabrın 27-si saat 21:45-də "Çobani stadionu"nda keçiriləcək.