"Fənərbaxça" - "Qalatasaray" derbisinin baş hakimi bəlli olub
27.11.2025 - 13:27
"Fənərbaxça" - "Qalatasaray" derbisinin baş hakimi bəlli olub

Türkiyə Super Liqasının 14-cü həftəsində keçiriləcək  "Fənərbaxça" - "Qalatasaray" derbisinin hakimi bəlli olub. 

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. 

İstanbul derbisini Yasin Kol idarə edəcək .

Ona Abdullah Bora Özkara və Bahtiyar Birinci kömək edəcək. Dördüncü hakim funksiyasını isə Ali Yılmaz yerinə yetirəcək.

Qeyd edək ki, "Fənərbaxça"-"Qalatasaray" derbisi dekabrın 1-də baş tutacaq.