"Fənərbaxça"da fövqəladə ümumi yığıncaq keçiriləcək
31.12.2025 - 12:47
"Fənərbaxça"da fövqəladə ümumi yığıncaq keçiriləcək

“Fənərbaxça” klubunda fövqəladə seçkili ümumi yığıncaq qərarı verilib.

Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Məlumata görə, “sarı-lacıvərdlilər”in İdarə Heyəti fövqəladə seçkili ümumi yığıncağın keçirilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, klub prezidenti Sadettin Saran narkotik testi pozitiv çıxdıqdan sonra saxlanılmışdı.