"Fənərbaxça"dan Talişkaya yeni təklif - Braziliyalı qərarsızdır
01.12.2025 - 14:58
"Fənərbaxça"dan Talişkaya yeni təklif - Braziliyalı qərarsızdır

"Fənərbaxça" Anderson Talişka ilə bağlı qərar verib.

Apsaport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu 31 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.

Braziliyalı isə "Fənərbaxça"ya konkret cavab verməyib. Onun Türkiyə təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədərdir. 

Təcrübəli futbolçuya "Əl-Hilal" və "Palmeyras" klublarından təklif gəlib.

Talişka yaxın vaxtlarda yekun qərarını açıqlayacağını söyləyib.