“Fənərbaxça”nın futbolçusu İngiltərə yolunda
04.12.2025 - 15:33
“Fənərbaxça”nın futbolçusu İngiltərə yolunda

“Fənərbaxça”nın futbolçusu Dorgeles Nene İngiltərəyə yollana bilər.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı vingeri “Tottenhem” transfer etməkdə israrlıdır. London təmsilçisi bunun üçün “Fənərbaxça”ya rəsmi təklif göndərib.

Türkiyə klubunun malili futbolçunu satıb-satmayacağı hələ dəqiq deyil. Nenenin İstanbul təmsilçisi ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. 

O, “Zaltsburq”, “Liferinq”, “Rid”, “Vesterlo” klublarında oynayıb.