Fernandeş Səudiyyə Ərəbistanı yolunda
11.05.2025 - 15:50
Fernandeş Səudiyyə Ərəbistanı yolunda

"Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş komandanı tərk edəcək.

Apasport.az xəbər verir ki, o, “Əl-Hilal”a keçməyə yaxındır.

Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalıya 3 illik  müqavilə təklif edib.

Hazırda hər iki klubun rəsmiləri arasında danışıqlar davam edir.

Bruno yarımada təmsilçisinin layihəsi ilə tanış olub. Ona yüksək məvacib təklif olunub.

Qeyd edək ki, Fernandeş bu mövsüm 53 oyun keçirib, 19 qol vurub və 19 məhsuldar ötürmə edib.