Flik bunu bacaran ikinci alman məşqçidir
16.05.2025 - 08:16
Flik bunu bacaran ikinci alman məşqçidir

Kataloniya “Barselona”sı tarixində 28-ci dəfə İspaniya çempionu olub.

Apasport.az xəbər verir ki, bu, Hansi Flikin komandasının "Espanyol"u 2 cavabsız qolla məğlub etməsindən sonra baş verib.

Flik ilk mövsümündə İspaniya çempionluğunu qazanan ikinci alman mütəxəssis olub. Bundan öncə 2008-ci ildə "Real Madrid"i çalışdıran Bernd Şuster buna nail olub.

Qeyd edək ki, İspaniya çempionatının başa çatmasına 2 tur qalmış “Barselona” “Real”ı 7 xal qabaqlayaraq İspaniya çempionu olub.