Flik: "Tezliklə onu "Barselona"nın kapitanı kimi görəcəyik"
05.12.2025 - 19:43
Flik: "Tezliklə onu "Barselona"nın kapitanı kimi görəcəyik"

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubun müdafiəçisi Erik Qarsiya ilə müqavilənin uzadılmasına münasibət bildirib.

Apasport.az xəbər verir ki, Flik mətbuat konfransında Qarsiya ilə bağlı yüksək fikirlər səsləndirib:

“Çox xoşbəxtəm. O, bizim üçün çox vacib oyunçudur. Klubu çox yaxşı tanıyır və müqavilənin uzadılmasına tam layiqdir. Bu klubu hamıdan çox sevir. Tezliklə onu "Barselona"nın kapitanı kimi görəcəyik. Niyə də olmasın? O, fantastik futbolçudur”.

Qeyd edək ki, müdafiəçi ilə yeni sözləşmə 2031-ci ilin yayınadək uzadılıb.