Fransa klubu sanksiya ilə üz-üzə
12.05.2025 - 08:55

Fransanın "Lion" klubu sanksiya ilə üz-üzədir.
Apasport.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Liqa 1 təmsilçisi UEFA tərəfindən külli miqdarda cərimələnə bilər. Bununla yanaşı, transferlərə məhdudiyyətlər də qoyula bilər.
Bu səbəblə komandanın yeni mövsüm avrokuboklarda iştirakı sual altındadır.
Qeyd edək ki, çempionatın bitməsinə 1 tur qalmış "Lion" 54 xalla 7-cidir.
0
0