Fransalı müdafiəçi “Liverpul”un hədəfində
12.12.2025 - 22:33
Fransalı müdafiəçi “Liverpul”un hədəfində

“Renn”in müdafiəçisi Ceremi Ceyk komandanı tərk etməyə yaxındır.

Apasport.az xəbər verir ki, futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

“Liverpul” fransalı oyunçunu transfer etmək niyyətindədir. Mersisayd klubu Ceyki mövsümün sonunda müqaviləsi başa çatan İbrahima Konatenin potensial əvəzləyicisi kimi görür.

“Qırmızılar” 20 yaşlı mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.