Haalanddan yeni rekord - ən tez 100-ə çatan oyunçu oldu
03.12.2025 - 00:12
Haalanddan yeni rekord - ən tez 100-ə çatan oyunçu oldu

“Mançester Siti” İngiltərə Premyer Liqasının XIV turu çərçivəsində səfərdə “Fulhem”lə qarşılaşır.

Apasport.az xəbər verir ki, “şəhərlilər”in heyətində ilk qolu vurmuş Erlinq Haaland yeni rekorda imza atıb.

25 yaşlı hücumçu Premyer Liqa tarixində 100 qola ən tez çatan futbolçu olub.

Norveç millisinin üzvü bu nailiyyəti 111 oyunda əldə edib.

Qeyd edək ki, hazırda davam edən qarşılaşmada qonaqlar 3:0 hesabı ilə öndədir.