İkardi “Qalatasaray”dan ayrılır? - Braziliya klubu maraqlanır
03.01.2026 - 12:57
Türkiyə Super Liqası təmsilçisi “Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi karyerasını Braziliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Atletiko Mineyro” 32 yaşlı hücumçu ilə yaxından maraqlanır.
Bu barədə “Central do Galo” məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisi argentinalı forvard üçün 9,5 milyon avro tələb edir.
Qeyd edək ki, İkardi cari mövsümdə “Qalatasaray”ın heyətində 23 matça çıxıb və 9 qol vurub.
0
0