İngiltərə millisinin heyətində ciddi itki
19.03.2025 - 10:58
İngiltərə millisinin heyətində ciddi itki

"Çelsi"nin və İngiltərə millisinin futbolçusu Kol Palmer zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məşqdə əzələsini dartan 22 yaşlı oyunçu millinin heyətindən kənarda qalıb.

22 yaşlı yarımmüdafiəçi cari mövsümdə "Çelsi"nin heyətində 33 oyuna çıxıb, 14 qol vurub və 6 məhsuldar ötürmə edib.

DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda İngiltərə martın 21-də Albaniyanı, martın 24-də isə Latviyanı qəbul edəcək.