“Yuventus” qış transfer pəncərəsində müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, A Seriyası nəhənginin əsas transfer hədəfi “Cenoa” klubunda çıxış edən Bruk Norton-Kuffidir.
Bu barədə tanınmış insayder Nikolo Şira məlumat yayıb.
Onun sözlərinə görə, “qoca sinyora” ingiltərəli sağ cinah müdafiəçisini heyətinə qatmaq üçün onun klubu ilə yaxın günlərdə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, “Cenoa” Bruk Norton-Kuffini 2024-cü ilin yanvarında “Arsenal”dan 2 milyon avro qarşılığında transfer edib. İngiltərə U-21 millisinin üzvü cari mövsümdə “qırmızı-mavilər”in heyətində keçirdiyi 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.