İngiltərə millisinin üzvü “Milan”da çıxış edə bilər
20.03.2025 - 21:27

"Çelsi" və İngiltərə millisinin üzvü Noni Madueke karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Milan" ingiltərəli vingeri transfer etmək istəyir.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
İtaliya təmsilçisi yayda oyunçu üçün "zadəganlar"a təklif göndərəcək.
Xatırladaq ki, "Çelsi" Noni Maduekeni 2023-cü ilin yayında PSV-dən transfer edib.
İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0