"İnter" İtaliya millisinin üzvü ilə maraqlanır
02.12.2025 - 16:16
"İnter" İtaliya millisinin üzvü ilə maraqlanır

"İnter" “Tottenhem”in qapıçısı Qulyelmo Vikario ilə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Milan təmsilçisi italiyalı qolkiperi yayda transfer etməyi planlaşdırır. İtaliya millisinin üzvü mövsüm başa çatdıqdan sonra yenidən vətənində oynamaq istəyir.

İngiltərə klubu 29 yaşlı qolkiperi 25 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Qulyelmo Vikario bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlər üzrə 19 oyuna çıxıb. O, 7 matçda qapısını toxunulmaz saxlaya bilib.