"İnter Mayami"dən Messinin zədəsi ilə bağlı açıqlama
18.03.2025 - 11:38

"İnter Mayami" Lionel Messinin zədəsi ilə bağlı açıqlama yayıb.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu “Atlanta Yunayted”lə (2:1) matçdan sonra xəstəxanaya getməli olub.
Tibbi müayinədən sonra futbolçunun bud nahiyəsindən yüngül zədə aşkarlanıb.
Messi zədəsinə baxmayaraq, “Atlanta" ilə oyunda sona qədər çıxış edib, komandasının qollarından birinə imza atıb.
Qeyd edək ki, Lionel Messi Argentina millisinin Kolumbiya və Braziliya ilə oyunlarını buraxacaq.
0
0