İtaliya çempionu 3-cü liqaya yuvarlanıb
14.05.2025 - 10:21

İtaliya B seriyası təmsilçilərindən "Sampdoriya" III Liqaya yuvarlanıb.
Apasport.az xəbər verir ki, cəmi 2 il əvvəl A seriyasında çıxış edən komanda B Seriyasını 51 xalla 18-ci pillədə tamamlayaraq ikinci liqanı tərk edib.
Komanda B seriyasının 38-ci turunda səfərdə “Yuve Stabia” ilə heç-heçə edib (0:0).
"Sampdoriya" tarixində ilk dəfə 3-cü liqada çıxış edəcək.
Qeyd edək ki, "Sampdoriya" 1990/1991 mövsümündə İtaliya çempionatının qalibi olub.
0
0