İtaliyada mərc qalmaqalı – Argentinalılar diskvalifikasiya oluna bilər
11.04.2025 - 17:36
İtaliyada mərc qalmaqalı – Argentinalılar diskvalifikasiya oluna bilər

"Yuventus" klubunun sabiq üzvləri Anxel Di Maria ("Benfika") və Leandro Paredes ("Roma") qeyri-qanuni mərc oyunlarında iştirak etməkdə ittiham olunaraq istintaqa cəlb ediliblər.

Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın "AS" nəşri məlumat yayıb.

İtaliya polisi eyni səbəblə Mattia Perin ("Yuventus"), Nikolo Zaniolo ("Fiorentina") və Veston Makkini ("Yuventus") barəsində də araşdırma aparır.

Qeyd edək ki, daha əvvəl Sandro Tonali və Nikolo Facioli qeyri-qanuni mərc oyunlarında iştiraka görə futboldan müvəqqəti uzaqlaşdırılmışdılar.