
Türkiyə Super Liqasının XXX turu çərçivəsində "Fənərbaxça" öz meydanında "Trabzonspor"u 4:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in baş məşqçisi Joze Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:
"Bu qalibiyyət münasibətilə bütün futbolçularımı təbrik edirəm. Çox yaxşı matç keçirdilər. İlk hissədə verilməyən bir penalti epizodumuz var idi. Əslində ilk 45 dəqiqəni biz öndə başa vurmalıydıq".
Təcrübəli mütəxəssis həmçinin "Qalatasaray"a 1:2 hesabı ilə məğlub olduqları kubok matçında yaşanan hadisələrə də fikir bildirib:
"Bəzi hadisələri sözlərlə ifadə etməkdənsə, görmək daha yaxşıdır. Həmin epizod haqqında da deyilməli heç bir söz yoxdur. Rəqib baş məşqçi özünü çox yaxşı tərəfdən göstərdi (gülərək). Məncə o epizodu "Hollywood"dakılar da izləməlidir".