Kamavinqa Bundesliqa yolunda
18.04.2025 - 13:36

“Real Madrid”in gənc yarımmüdafiəçisi Eduardo Kamavinqa gələn mövsümdən Almaniya Bundesliqasında çıxış edə bilər.
Apasport.az “Fichajes” nəşrinə istinadla xəbər verir ki, Münhenin “Bavariya” klubu 21 yaşlı fransız futbolçunun transferinə ciddi maraq göstərir.
Bildirilir ki, Almaniya nəhəngi Kamavinqanı heyətinə cəlb etmək üçün 100 milyon avroya qədər büdcə ayırmağa hazırdır.
Qeyd edək ki, Kamavinqa bu mövsüm “Real”ın heyətində 32 matçda meydana çıxıb, 2 qol və 2 assistlə yadda qalıb.
0
0