Keyn "Bavariya" ilə "yola davam" dedi - RƏSMİ
05.11.2026 - 12:11
"Bavariya" hücumçusu Harri Keynlə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, komanda ingiltərəli forvardla yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 33 yaşlı oyunçu 2029-cu ilin yayınadək Bavyera təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Keyn 2023-cü ildən "Bavariya"da çıxış edir. O, bu il "Qızıl top" mükafatının qalibi olub.
0
0