“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
05.11.2026 - 07:41
UEFA Çempionlar Liqasında IV turun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Apasport.az xəbər verir ki, UEFA-nın rəsmi hesabı mükafat uğrunda mübarizə aparacaq dörd futbolçunun adını açıqlayıb.
Namizədlər arasında “Qalatasaray”ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov da yer alıb.
Onunla yanaşı, Anastassios Duvikas (“Komo”), Yorqensen (LASK) və Fabian Ruis (PSJ) həftənin ən yaxşı futbolçusu adına iddia edirlər.
Qalib azarkeşlər arasında keçiriləcək səsvermənin nəticəsinə əsasən müəyyənləşəcək.
0
0