Kurtuaya Səudiyyə Ərəbistanından 90 milyon avroluq təklif
25.12.2025 - 14:16
Kurtuaya Səudiyyə Ərəbistanından 90 milyon avroluq təklif

Real"ın qapıçısı Tibo Kurtua karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Pro Liqasında çıxış edən klublardan biri belçikalı qolkiperə ümumi məbləği 90 milyon avro olan 3 illik müqavilə təklif etməyə hazırdır. Bu, hər mövsüm üçün 30 milyon avro deməkdir.

Yaxın Şərqdən olan marağa baxmayaraq, Kurtuanın "Real"dakı mövqeyi son dərəcə möhkəm olaraq qalır. Kurtua cari mövsümdə komandanın əsas qapıçısıdır və cəmi iki oyunu buraxıb. O, ümumilikdə 23 matçda meydana çıxıb, 20 qol buraxıb və 10 oyunda qapısını toxunulmaz saxlayıb.

Madrid klubunda Kurtua layihənin fundamental hissəsi hesab olunur. Məhz buna görə də "Real" tərəddüd etmədən 33 yaşlı "əlcək sahibi" ilə müqaviləni 30 iyun 2027-ci ilədək uzadıb. Bununla da onun gələcəyi ilə bağlı yayılan bütün söz-söhbətlərə faktiki olaraq son qoyulub