“Latsio”nun futbolçusu ərəblərin radarında
25.12.2025 - 23:23
“Latsio”nun futbolçusu ərəblərin radarında

“Latsio”nun müdafiəçisi Nunu Tavareş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Əl-İttihad” portuqaliyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyası klubu 25 yaşlı sol cinah müdafiəçisinin satışından 20–25 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, “Latsio” Nunu Tavareşi mövsümün əvvəlində “Arsenal”dan transfer edib.