Lemina “Qalatasaray”dan ayrılır?
07.12.2025 - 23:54
"Qalatasaray”ın futbolçusu Mario Lemina qış transfer pəncərəsində komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, “Yuventus” 32 yaşlı yarımmüdafiəçini icarəyə götürməyi planlaşdırır.
Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
İstanbul təmsilçisinin bu keçidə razılıq verib-verməyəcəyi isə dekabr ayında müəyyənləşəcək.
Xatırladaq ki, Leminanın Türkiyə çempionu ilə müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir.
Qeyd edək ki, Qabon millisinin üzvü indiyədək “Loryen”, “Marsel”, “Yuventus”, “Sauthempton”, “Fulhem”, “Nitsa” və “Vulverhempton” klublarında çıxış edib.
0
0