Livakoviç karyerasını Xorvatiyada davam etdirəcək
12.12.2025 - 14:55
“Fənərbaxça”nın “Jirona”ya icarəyə verdiyi Dominik Livakoviç karyerasını Xorvatiyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, qolkiper “Dinamo” ilə razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Livakoviç yanvarda yeni klubuna qoşulacaq.
Qeyd edək ki, o, “Jirona”da oyuna çıxmayıb.
0
0