"Liverpul" yetirməsi ilə vidalaşır - 10 il sonra klubdan ayrılır
05.05.2025 - 14:35
"Liverpul" yetirməsi ilə vidalaşır - 10 il sonra klubdan ayrılır

Trent Aleksander-Arnold "Liverpul"dan ayrılacaq. 

Apasport.az xəbər verir ki, o, bu barədə şəxsi instaqram hesabında paylaşım edib. 

Mövsümün sonunda başa çatacaq müqaviləsi yenilənməyəcək. 

Onun "Real"a keçəcəyi gözlənilir. Mətbuatda tərəflərin 5 illik müqavilə imzalayacağı qeyd olunur.

26 yaşlı futbolçu 2016-cı ildən Premyer Liqa çempionunun şərəfini qoruyur. İngilis müdafiəçi elə "Liverpul" klubunun yetirməsidir. 

Qeyd edək ki, o, Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 352 oyunda 23 qol və 92 məhsuldar ötürmə ilə yadda qalıb.