Malili futbolçu addım-addım “Qalatasaray”a
20.12.2025 - 15:38
Malili futbolçu addım-addım “Qalatasaray”a

Türkiyə Super Liqası təmsilçisi “Qalatasaray” qışda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul klubu müqavilə ilə Fransanın “Klermont” klubuna məxsus olan və hazırda icarə əsasında “Kocaelispor” formasını geyinən Həbib Keyta ilə yaxından maraqlanır.

Bu barədə “Africafoot” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Fransa təmsilçisi 23 yaşlı yarımmüdafiəçini satmağa müsbət yanaşır.

Qeyd edək ki, malili futbolçu bu mövsüm “Kocaelispor” forması ilə keçirdiyi 13 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Həbib Keytanın “Klermont”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.