"Mançester Siti" və "Çelsi" 16 yaşlı vinger üçün yarışırlar
24.12.2025 - 16:21
"Mançester Siti" və "Çelsi" 16 yaşlı vinger üçün yarışırlar

"Lester Siti"nin futbolçusu Ceremi Monqa karyerasını Premyer Liqada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.

"Mançester Siti" və "Çelsi" İngiltərə U-19 millisinin üzvünü transfer etmək istəyir. Hər iki klub yanvar ayında 16 yaşlı vingeri heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Ceremi Monqa bu mövsüm "Lester Siti"nin heyətində Çempionşipdə keçirdiyi 13 oyunda 1 qol vurub, 1 qol vurub. "Transfermarkt" portalı gənc istedadın dəyərini 10 milyon avro qiymətləndirir.