“Mançester Yunayted” Onanaya əvəzləyici tapıb
06.05.2025 - 16:37
“Mançester Yunayted” Onanaya əvəzləyici tapıb

“Mançester Yunayted” qapıçısı Andre Onanaya əvəzləyici axtarışlarını davam etdirir.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın növbəti namizədi Serbiya millisinin və “Torino”nun qapıçısı Vanya Milinkoviç-Saviçdir.

Artıq tərəflər arasında ilk danışıqlar aparılıb.

Serbiyalı qolkiper bu mövsüm bütün yarışlarda 36 oyun keçirib, 39 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlaya bilib.