"Mançester Yunayted"in futbolçusu "Napoli"yə keçə bilər
04.01.2026 - 09:27
Kobbi Mayno bu qış "Napoli"yə transfer oluna bilər.
Apasport.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya çempionları "Mançester Yunayted"in yarımmüdafiəçisinə marağı qoruyub saxlayır. 20 yaşlı ingilis futbolçu prioritet hədəf hesab olunur.
Lakin neapolluların Maynonu transfer etmək üçün maliyyə imkanları yalnız Noa Lanqın komandadan ayrılması halında yaranacaq.
Qeyd edək ki, vinger "Qalatasaray"ın da maraq dairəsindədir.
0
0