“Mançester Yunayted”in baş məşqçisi postuna namizədlər müəyyənləşib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu Erik Ten Haqı postunda saxlayacağını bəyan etsə də, niderlandlı mütəxəssis növbəti uğursuzluqdan sonra işsiz də qala bilər.
“Luton”la matçın onun üçün sonuncu olması da istisna deyil. "Mançester Yunayted" Premyer Liqada evdə "Mançester Siti"yə, İngiltərə kubokunda "Nyukasl"a eyni - 0:3 hesabı ilə məğlub olub. Növbəti məğlubiyyət “qırmızı şeytanlar”ı radikal addımlara vadar edəcək. Ten Haqı əvəzləməyə Qrem Potter, Zinəddin Zidan, Roberto De Dzerbi, Maykl Karrik, Dieqo Simeone, Yulian Nagelsmann və Ole-Qunnar Sulşer namizəd göstərilir.
Qeyd edək ki, niderlandlı mütəxəssis Mançester Yunayted”lə 2022-ci ildə müqavilə imzalayıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı