Martinezin yerinə Ter Ştegen: Danışıqlar başlayıb
21.12.2025 - 13:13
Martinezin yerinə Ter Ştegen: Danışıqlar başlayıb

“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu brədə “Mundo Deportivo" nəşri məlumat yayıb.

“Aston Villa” 33 yaşlı alman qapıçı ilə maraqlanır. Birmingem təmsilçisi yaxın vaxtlarda ciddi zədədən sonra meydanlara qayıdan Ter Ştegenin fiziki durumu ilə bağlı “Barselona” tərəfi ilə əlaqə saxlayıb.

Mənbə bildirir ki, “Aston Villa” əsas qapıçısı Emiliano Martinezin gələcəyinin qeyri-müəyyən olmasından narahatdır və mümkün alternativlər üzərində işləyir. Bu baxımdan Ter Ştegen təcrübəsi və keyfiyyəti ilə əsas namizədlərdən biri hesab olunur.

Qeyd edək ki, alman qolkiper bu mövsüm “Barselona”nın heyətində Kral Kubokunda bir oyunda meydana çıxıb və həmin matçda qapısını toxunulmaz saxlayıb. Ter Ştegenin Kataloniya klubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.