Mbappedən unikal göstərici
26.10.2023 - 11:01
PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasında çıxdığı 64 matçda 65 qolun vurulmasında pay sahibi olub.
Apasport.az xəbər verir ki, fransalı futbolçu 2016-cı ildən Çempionlar Liqasındakı debütündən indiyədək keçirdiyi 64 oyunda 42 qol vurub.
Mbappenin hesabında 23 məhsuldar ötürmə var. O, ilk 64 matçdakı göstəricisində yalnız Robert Levandovskidən geri qalır.
Qeyd edək ki, Çempionlar Liqasının ən məhsuldar oyunçusu Kriştiano Ronaldodur. Superulduz 140 qol və 42 assistlə siyahıda liderdir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0