Meksika – Cənubi Afrika matçının ən yaxşısı məlum oldu
12.06.2026 - 01:44
2026-cı il dünya çempionatının açılış matçında oyunun ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, Meksikanın Cənubi Afrikanı 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Xulian Kinyones matçın oyunçusu seçilib.
29 yaşlı hücumçu görüşün 9-cu dəqiqəsində hesabı açaraq mundialın ilk qolunun müəllifi olub. Kinyones Cənubi Afrika müdafiəsinin səhvindən sonra fürsəti dəyərləndirib və topu qapıdan keçirib.
Qeyd edək ki, Meksikanın digər qolunu 67-ci dəqiqədə Raul Ximenes vurub.
Açılış oyununda ümumilikdə 3 qırmızı vərəqə göstərilib.
- DÇ açılış matçında tarixi hadisə: 3 qırmızı kart
- DÇ 2026: Açılış matçı: Meksika qələbə qazandı - YENİLƏNİB
- DÇ-də tarixi göstərici: 2006 finalından sonra doğulan ilk futbolçu
- Kukurelladan qəribə vəd: “Çempion olsaq məşqçimizin üzünü...”
- Senesi DÇ xəbərini tətildə aldı – Sevgilisi həmin anı çəkdi - VİDEO
0
0