Mərakeşli futbolçu 24 yaşında vəfat etdi
03.11.2023 - 11:35
Fransa klubları “Anje” və “Strasburq”un sabiq futbolçusu Ousssama Falouh dünyasını dəyişib.
Apasport xəbər verir ki, bunu mərakeşli futbolçunun formasını geyindiyi “Vidad Atletik”in mətbuat xidməti açıqlayıb.
Onun ölümünə isə yol qəzası səbəb olub. Oktyabrın 11-də ağır qəza keçirən 24 yaşlı müdafiəçi 22 gün ağır durumda olsa da, onun müalicəsi uğursuz alınıb. Həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, gənc futbolçu bu yay “Vidad Atletik”ə keçib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0