“Milan” baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, İtaliya klubu Oliver Qlasnerlə danışıqlar aparıb.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Bildirilir ki, “Milan” rəhbərliyi avstriyalı mütəxəssislə 6 saatdan çox davam edən görüş keçirib.
Qlasnerin “rossonyerlər”in marağından məmnun qaldığı qeyd olunur. Lakin Milan təmsilçisi baş məşqçi məsələsində tələsmək istəmir və yekun qərarı diqqətlə verməyi planlaşdırır.
Qeyd edək ki, Oliver Qlasner “Kristal Pelas”la tarixi uğurlara imza atıb. Avstriyalı mütəxəssis London klubu ilə İngiltərə kubokunu, “Community Shield”i və UEFA Konfrans Liqasını qazanıb.
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində